Moskvada polis bu yaxınlarda Rusiya pasportu almış, lakin hərbi qeydiyyatdan keçməmiş miqrantları yoxlamağa başlayıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hüquq-mühafizə orqanlarına əcnəbilərin tapılaraq hərbi komissarlığa çatdırılması üçün şifahi göstərişlər verilib.
Belə ki, Rusiya Federasiyasının vətəndaşı olmuş miqrantın 30 yaşı olarsa, onun yeni vətəninə xidmət etmək şansı olacaq.
Bundan əvvəl Moskva yaxınlığındakı Kotelnikidə çevik qüvvələr polisi məscidin yaxınlığında reyd keçirib. Oradan sənədlərini yoxlamaq üçün 300 nəfəri aparıblar. Daha sonra hər kəs hərbi komissarlığa göndərilib.