Rusiya hərbçiləri Buça sakinlərini belə edam edirlər – VİDEO
20 may 2022 19:44 (UTC +04:00)

Rusiya hərbçiləri Buça sakinlərini belə edam edirlər – VİDEO

Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində 8 nəfəri edam etməsinə dair yeni görüntülər yayılıb.

Lent.az-ın məlumatına görə, görüntüləri “The New York Times” nəşri ictimailəşdirib.

Güllələnənlər Anatoli Prixodko, Andrey Matviyçuk, Andrey Verbovoy, Denis Rudenko, Andrey Dvornikov, Svyatoslav Turovski, Valeri Kotenko və Vitali Karpenkodur.

43 yaşlı inşaatçı olan İvan Skibe isə sağ qalıb.

Məlumata görə, rusiyalıların Buçada “baza” və səhra xəstəxanasına çevirdiyi dördmərtəbəli binanın daxilində və xaricində desantçılar ərazini gəzərək, ev-ev axtarışlar aparıblar. Həmin küçədə İvan Skiba digər 5 kişi ilə birlikdə özünümüdafiə dəstələrinin yaratdığı blokpostda növbətçilik edirmiş.

Ukraynalılara düşmənin yaxınlaşması barədə radio vasitəsilə xəbərdarlıq edilib və onlar yerli sakin, 53 yaşlı Valeri Kotenkonun evində gizləniblər. Daha sonra onlara daha iki döyüşçü Andrey Dvornikov və Denis Rudenko qoşulub. Bir saat sonra axtarışlar zamanı rusiyalı hərbçilər həmin adamları evdə tapıblar və işğalçılar zorla Kotenkonun da daxil olmaqla kişiləri küçəyə çıxarıblar. Hərbiləşdirilmiş təşkilatlara aid döymələrin (tatuların) olub-olmaması ilə bağlı yoxlanışdan sonra girovlar “baza”ya aparılıb.

Şahidlər “baza”nın qarşısındakı dayanacaqda köynəkləri başlarına çəkilmiş kişilər gördüklərini təsdiqləyiblər. İ.Skibanın sözlərinə görə, onlar diz çökməyə məcbur olublar, sonra desantçılar Vitali Karpenkonu güllələyiblər. İşğalçılar yaralılara yenidən atəş açırdılar, İ.Skiba ölümdən qaça bilib – güllə dəydikdən sonra o, özünü ölülüyə vurub.

Bir girov azad edilib. Deyilənə görə, söhbət “dövlətə xəyanət”dən gedir.

Edam edilənlərin nəşləri bir aydan çox küçədə qalıb.

Binanın divarı və pilləkənləri güllə dəlikləri ilə deşik-deşik olub. Həyətin o biri tərəfində, cəsədlərin olduğu yerdən bir neçə metr aralıda sovet PK seriyalı pulemyotlarda və Rusiya qoşunlarının geniş işlətdiyi Draqunov snayper tüfənglərində istifadə edilən 7,62x54R çaplı gilizlər aşkarlanıb. Binanın içərisindən 7,62x54R çaplı atəş açılmamış patron da tapılıb.

Eyni zamanda “The New York Times” qətliamda əli olması güman edilən şəxslərin fotolarını da dərc edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35