Rusiya hərbçiləri bir gündə 8 Ukrayna döyüş təyyarəsini və 2 helikopterini vurub -  RƏSMİ
06 mart 2022 13:05 (UTC +04:00)

Rusiya hərbçiləri bir gündə 8 Ukrayna döyüş təyyarəsini və 2 helikopterini vurub - RƏSMİ

0

Rusiya Silahlı Qüvvələrinin hərbçiləri ötən sutka ərzində Ukraynanın 8 döyüş təyyarəsini və iki helikopterini vurublar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın Hava-kosmik qüvvələrinin qırıcı təyyarələri və hava hücumundan müdafiə sistemləri Jitomir vilayətində dörd Su-27 və bir MiQ-29, Radomışlda Su-27 və Su-25-i Nejın rayonu yaxınlığında bir Su-25 vurub.

Bundan əlavə, Kiyev yaxınlığında iki Mi-8 helikopteri və “Bayraktar TB-2” də daxil olmaqla altı pilotsuz təyyarə vurulub.

Hərbi idarənin nümayəndəsi həmçinin bildirib ki, Rusiya Silahlı Qüvvələri hücumu bərpa edib və 11 kilometr irəliləyərək beş yaşayış məntəqəsini nəzarətə götürüb: Priyutnoye, Zavitne Bajannya, Staromlynovka, Oktyabrskoye və Novomayskoye.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2162

Oxşar yazılar