Mariya Zaxarova
07 mart 2022 23:46 (UTC +04:00)

Mariya Zaxarova

Rusiya Fransadan bunu tələb etdi

0

Rusiya Fransada yerləşən diplomatik nümayəndəliklərinin mühafizəsi üçün daha adekvat addımlar atılmasını tələb edib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova məlumat verib.

Bu tələb martın 7-nə keçən gecə Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıldıqdan sonra səsləndirilib.

“Biz Fransa hökumətindən Rusiyanın diplomatik nümayəndəliklərinin mühafizəsini daha adekvat təşkil olunmasını tələb edirik”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki,  ötən gecə naməlum şəxs Parisdəki Rusiya Elm və Mədəniyyət Evinə Molotov kokteyli atıb. Hadisə nəticəsində binaya ziyan dəyməyib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2976

Oxşar yazılar