Rusiya Ermənistandan gül idxalına məhdudiyyət  tətbiq edir
20 may 2026 21:53 (UTC +04:00)

Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir

0

Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edəcək.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə qəbul olunub.

Məlumata əsasən, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, ölkədə Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab olunan məhsullar aşkarlanmaqda davam edir.

Rosselxoznadzor qeyd edib ki, 96,2 milyon ədəd gül məhsulunun idxalı zamanı 135 qanun pozuntusu qeydə alınıb. Bu göstərici 2025-ci ildə aşkar edilmiş bütün halların 77 faizini təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar