Rusiya əcnəbilərin Mariupoldan  təxliyəsinə kömək edəcək
03 aprel 2022 02:07 (UTC +04:00)

Rusiya əcnəbilərin Mariupoldan təxliyəsinə kömək edəcək

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə xahişinə uyğun olaraq, Mariupolda əcnəbilərin təxliyəsinə köməklik edilməsi barədə qərar qəbul edilib. 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi Mixail Mizintsev bildirib.

"Humanitar əməliyyat keçirmək üçün RF Silahlı Qüvvələri aprelin 3-də Moskva vaxtı ilə saat 00.00-dan etibarən Mariupoldan Berdyanska humanitar dəhliz açacaq və marşrutda “sükut rejiminə” ciddi riayət olunmasına zəmanət verəcək" - deyə Rusiya MN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008
avatar

Oxşar yazılar