Ukrayna Silahlı Qüvvələri mayın 18-də keçirilən əks-hücumlar zamanı Baxmut ərazisində taktiki təşəbbüsü ələ keçirib və taktiki əhəmiyyətli uğurlar əldə edib.
Lent.az-ın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda deyilir: “Ukraynanın yerli əks-hücumları ilə müqayisədə Vaqnerin Baxmutdakı hücum əməliyyatlarının məhdud xarakter daşıması bölgədə Rusiyanın təşəbbüsü itirməsini göstərir”.