Rus əsgərlərinin kütləvi məzarlığı:   Kimi harada gəldi... - ŞOK VİDEO
16 mart 2023 15:44 (UTC +04:00)

Rus əsgərlərinin kütləvi məzarlığı: Kimi harada gəldi... - ŞOK VİDEO

Rusiyanın Yekaterinburq şəhərindəki Berezovski qəbiristanlığında 70-dən çox kimsəsiz məzar tapılıb.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, məzarlıqda basdırılanların böyük əksəriyyəti Ukrayna müharibəsində həlak olanlardır.

Yerli hakimiyyət orqanlarının sözlərinə görə, məzarlıqda təkcə Yekaterinburq şəhərindən yox, Çelyabinsk, Perm, Tümen vilayətlərindən olanlar da var.

Dəfn olunanlardan ən böyüyünün 53, ən kiçiyinin isə 25 yaşı var. 

Məlumata görə, onların əksəriyyəti həbsxanadan azad edilib, orduya çağırılan kriminal ünsürlər olub. Onların yaxınları hərbi komissarlıqda dəqiq məlumat tapa bilmədikdən sonra ümidlə bu qəbiristanlığa üz tutur, eksqumasiya vasitəsilə yaxınlarını tapmaq istəyirlər. 
 

Rusiyanın Yekaterinburq şəhərindəki kimsəsiz məzarlıq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965

Oxşar yazılar