Rumıniyada əhali YDM-lərə axın edir   
12 mart 2022 03:45 (UTC +04:00)

Rumıniyada əhali YDM-lərə axın edir   

0

Rumıniya əhalisi kütləvi şəkildə yanacaq aldığı üçün məntəqələrdə uzun növbələr yaranıb.

Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, əhalinin bu davranışına yanacağın bahalaşacağı ilə bağlı xəbərlər səbəb olub. İnsanlar indidən maksimum yanacaq ehtiyatı tədarük etməyə çalışırlar.     

Şayiələrə görə benzinin 1 litrinin 11 leyə (1 ley = 40 qəpik) qədər bahalaşması gözlənilir. Hazırda yanacağın qiyməti regiondan asılı olaraq 7,5 – 8,3 ley arasında dəyişir. Ukraynaya yaxın YDM-lərdən biri yanacağı 11 leyə satdığı üçün cərimələnib.

Dövlət rəsmiləri Rumıniyanın neft istehsalçısı olduğu deyərək qiymət artımına əsas görmürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1809

Oxşar yazılar