ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, Çin Vaşinqtonun əsas geosiyasi rəqibidir.
Lent.az xəbər verir ki, o, bu barədə “Fox News”a müsahibəsi zamanı danışıb.
"Bəli, geosiyasi baxımdan bu, bizim əsas çətinliyimizdir, eyni zamanda [Çinlə] münasibətlərimiz üzərində işləmək çox vacibdir", - o deyib.
Rubio etiraf edib ki, Amerika maraqları Çinin maraqları ilə ziddiyyət təşkil edə bilər.
Dövlət katibi onu da əlavə edib ki, müharibələrdən qaçmaq, sülhü və sabitliyi qorumaq üçün vəziyyətlə ələ almaq lazımdır.