“Barselona”nın və İspaniya millisinin keçmiş müdafiəçisi Jerard Pike və yeni sevgilisi Klara Çia Marti restorandan qovulub.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb restoran sahibinin Şakiranın fanatı olması olub.
"TikTok"da Jerard Pike və Klara Çia Martinin Barselonadakı yapon restoranından qovulduğu barədə video yayılıb. Videoda cütlük tələsik şəkildə obyekti tərk edir. Futbolçu maşının sükanı arxasına, yeni sevgilisi isə ön oturacağa əyləşərək qapını çırpır.
Videonu sosial şəbəkəyə yayan şəxs restoran sahibinin Şakiranın fanatı olduğu olduğu üçün onlara xidmət göstərilmədiyini bildirib.