Çində ərinin məşuqəsini döyən şəxsin məhkəməsi keçirilib.
Lent.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.
Çinli qadın rəfiqələri ilə birlikdə ərinin sevgilisini küçədə soyundurub döyüb.
Hadisə 2022-ci ildə Quizhou əyalətində baş verib
Xu soyadlı qadının qonşuları ərinin ona xəyanət etdiyini deyib.
Çinli qadın ərinin arxasınca getməyə başlayıb.
Noyabr ayında onun tanımadığı bir mənzildə bir müddət qaldığını öyrənib.
Aldadılan qadın üç rəfiqəsini köməyə çağırıb.
Çinli qadınlar mənzilə soxulublar.
Rəfiqələr qadına hücum edib, paltarını cırıb, döyüblər.
Bundan sonra onlar çılpaq qadını küçəyə itələyərək, onlarla insanın gözü qarşısında yarım saat ərzində döyblər.