Ərdoğan Roma Papasını kədərləndirdi
12 iyul 2020 15:13 (UTC +04:00)

Ərdoğan Roma Papasını kədərləndirdi

Roma Papası Fransisk Türkiyə hakimiyyətinin Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi barədə qərarından kədərlənib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Roma Papası bu gün Müqəddəs Petr meydanında ənənəvi xütbəsi zamanı deyib ki, Aya Sofya məbədi barədə düşünür və çox kədərlənir.

Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9429

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26