Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov sağalmaz xəstəliyə tutulması ilə bağlı şayiələri təkzib edib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, öz “Telegram” kanalında bildirib ki, sağlamdır və əvvəlki gücü ilə çalışır.
R.Kadırov deyib ki, o, əvvəlki qədər idmanla məşğuldur. Dağlarda gəzir, habelə Çeçenistanın qarşısında dayanan vacib məsələləri həll edir.