“Qorbaçov deyirdi ki, bu müharibə “xüsusi hərbi əməliyyat” deyil” - TƏRCÜMƏÇİ
02 sentyabr 2022 17:18 (UTC +04:00)

“Qorbaçov deyirdi ki, bu müharibə “xüsusi hərbi əməliyyat” deyil” - TƏRCÜMƏÇİ

0

“Qorbaçovun Ukrayna ilə bağlı mövqeyi mürəkkəb və ziddiyyətli idi”.

Lent.az xəbər verir ki, bunu Keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun tərcüməçisi Pavel Palajçenko deyib.

Onun sözlərinə görə, Qorbaçov ölümündən əvvəl son aylarda Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən şoka düşüb:

“Mixail Qorbaçov bir neçə il Moskva ilə Kiyev arasında münasibətlərin korlanması səbəbindən depressiyaya uğramış psixoloji vəziyyətdə idi. Onun fikrincə, fevralın 24-də başlayan “xüsusi hərbi əməliyyat” deyil, Rusiya ilə Ukrayna arasındakı münasibətlərə çox böyük zərbədir. Müharibə həqiqətən onu emosional və psixoloji cəhətdən əzdi”. 

Tərcüməçi əlavə edib ki, Qorbaçovla söhbətlərdə onun müxtəlif səbəblərdən baş verənlərdən şoka düşdüyü və çaşqın olduğu tamamilə aydın görünürdü: 

“O, təkcə rus və ukrayna xalqlarının yaxınlığına inanmırdı, o, bu iki xalqın bir-birinə qarışdığına inanırdı. Qorbaçovun Ukrayna ilə bağlı mövqeyi mürəkkəb və ziddiyyətli idi. Sovet lideri hələ də SSRİ ideyasına inanırdı, lakin parçalanmış dövləti bərpa etmək naminə müharibə aparmazdı. Eyni zamanda, Qorbaçov Vladimir Putinə hörmət və dəstək ifadə etməyi özünə borc bilirdi. O, həmçinin Ukraynadakı müharibə ilə bağlı müntəzəm şərh verməkdən imtina edirdi".

Qeyd edək ki, Pavel Palajçenko mərhum Sovet prezidenti ilə 37 il işləyib və bir çox Amerika-Sovet sammitlərində olub.

Xatırladaq ki, Mixail Qorbaçov 92 yaşında Moskvada vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2134

Oxşar yazılar