Qonşu ölkədə üçüncü uşaq COVID-19-dan öldü
30 avqust 2021 20:23 (UTC +04:00)

Qonşu ölkədə üçüncü uşaq COVID-19-dan öldü

Koronavirusa yoluxmuş altı yaşlı uşaq Gürcüstanda Tsitsişvili adına Tbilisi Uşaq Xəstəxanasında dünyasını dəyişib.

APA xəbər verir ki, bu barədə xəstəxananın direktoru Maya Çxeidze jurnalistlərə açıqlamasında bildirib.

"Uşağı klinikamıza çatdırdıqda dərhal intubasiya etdik və süni tənəffüs aparatına qoşduq. Bu uşaqda çox uzun müddət davam edən xəstəliklərin siyahısı var idi: uşaq serebral iflici, epileptik sindrom və s. Orqanizmində sonda COVİD infeksiyası səbəbi ilə septik şok inkişaf etmişdi və təəssüf ki, öldü”, deyə direktor vurğulayıb.

Qeyd edək ki, bu, Gürcüstanda koronavirus infeksiyasından ölən sayca üçüncü uşasqdır. 

Gürcüstanda ilk körpə ölümü iyulun 16-da qeydə alınıb. Hər üç uşağın valideynləri adıçəkilən xəstəxanaya müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar