“Qızıma ev yox, məzar aldım ” - 3 gün öncə köçdüyü evin altında qaldı
07 fevral 2023 15:06 (UTC +04:00)

“Qızıma ev yox, məzar aldım” - 3 gün öncə köçdüyü evin altında qaldı

Türkiyənin Kahramanmaraş şəhərində Hayrullah məhəlləsində yaşayan Şeyma Şimşək 2 gün əvvəl köçdüyü evinin dağıntıları altında qalıb.

Qızının sağ olub – olmadığını  bilməyən anası Nalan Şimşək dağıntılar altından qızının səsinin gəlməsini gözləsə də, uçmuş binanın görüntüləri ümidlərinə kölgə salır.

Lent.az - ın Türkiyə mediasına istinadən xəbərinə görə, ağlayaraq, dağıntıların ətrafında qızını haraylayan ana “qızıma ev yox məzar almışammış. 3 gün öncə sevinərək yeni evinə köçmüşdü”,- deyib.

Nalan Şimşək bu evi qızına toy hədiyyəsi olaraq veribmiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar