Qırğızıstan-Tacikistan sərhədindəki atışmada 31 qırğız ölüb - YENİLƏNİB
30 aprel 2021 16:40 (UTC +04:00)

Qırğızıstan-Tacikistan sərhədindəki atışmada 31 qırğız ölüb - YENİLƏNİB

Tacikistanla sərhəddə ölən qırğızların sayı 31 nəfərə çatıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu haqda Qırğızıstanın səhiyyə naziri Calalidin Rahmatullaev məlumat verib. 

Onun sözlərinə görə, ölənlər arasında həm hərbçilər, həm də dinc sakinlər var. 154 nəfər tibbi yardım üçün müraciət edib. Onların arasında ağır yaralılar da var və müalicə üçün paytaxt Bişkəkə göndəriliblər. 

***

13:37

Tacıkistan və Qırğızıstan sərhədindəki döyüşlər zamanı ölənlərin sayı 8-ə çatıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bununla bağlı Tacikistanın İsfara şəhər rəhbərliyindəki mənbə açıqlama verib.

Qeyd edilir ki, münaqişə zamanı ölənlər arasında iki sərhədçi var, yaralananların sayı 31-ə çatıb. 

Qırğızıstan tərəfinə gəldikdə, aprelinj 30-na səhər saatlarına olan məlumaa görə, 13 nəfər həlak olub, 134 nəfər isə yaralanıb. 


***

11:47

Qırğızıstan və Tacikistan arasındakı sərhəddə atışma yenidən başlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Qırğızıstanın Banken vilayəti Daxili İşlər İdarəsi məlumat yayıb.

Digər məlumata görə, təxminən bir saatdır Leylək bölgəsində atışma davam edir.
Yaralılar arasında polis məmurları da var.

Eyni zamanda Qırğızıstandakı kəndlərin Tacikistan vətəndaşları tərəfindən ələ keçirilməsinə dair sosial mediada da xəbərlər yazılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4887
avatar

Oxşar yazılar