Qırğızıstan-Tacikistan sərhədində münaqişə zamanı ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB
30 aprel 2021 08:43 (UTC +04:00)

Qırğızıstan-Tacikistan sərhədində münaqişə zamanı ölənlərin sayı 13-ə çatdı - YENİLƏNİB

Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 13 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “RİA Novosti”yə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Saat 07:50-də (Bakı vaxtı ilə saat 05:50) Qırğızıstan-Tacikistan sərhədində baş vermiş insident zamanı yaralananların ümumi sayı 134 nəfərdir. Bunlardan 13-ü ölümlə nəticələnib”, - məlumatda belə deyilir.

Nazirliyin bildirdiyinə görə, yaralılardan 25-i xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb. Onlar Bişkek Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində, Milli Xəstəxanada və Milli Cərrahiyyə Mərkəzində yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır və nisbətən qənaətbəxş kimi qiymətləndirilir.

***

Saat 05:36

Qırğızıstan və Tacikistan arasındakı sərhəd münaqişəsi zamanı yaralananların sayı 96 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Interfax” Qırğızıstanın Səhiyyə Nazirliyinin Batkən vilayətindəki koordinatoru Arzıbek Borubekova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərin sayı dəyişməz olaraq qalıb – üç nəfər.

A.Borubekov əlavə edib ki, yaralanan 96 nəfərdən 38-i təyyarə ilə Bişkekə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3093
avatar

Oxşar yazılar