Qəzzada xəstəxanaya edilən ölümcül hücumdan sonra qurbanların sayı 800-ü keçib. Dağıntılar altında çoxlu insan olduğu üçün qurbanların sayı daha çox ola bilər,
Lent.az bildirir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı anklavın Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Hazırda xilasetmə əməliyyatı davam edir və dağıntılar təmizlənir.
Digər xəbərə görə, tibb müəssisəsinə hücum nəticəsində yaralananlar Əl-Şifa xəstəxanasına aparılır. Həkim Muhəmməd Əbu Səlmiyyənin sözlərinə görə, insanların bədən hissələri parçalanıb və bir çox əməliyyatları narkozsuz keçirməli olurlar.
Xəstəxana oktyabrın 17-də vurulub. HƏMAS və İsrail hücumda bir-birini günahlandırır. İsrail televiziyası daha əvvəl aydınlıq gətirmişdi ki, İsrail səlahiyyətliləri hadisəni araşdırdıqlarını və hadisəni HƏMAS-ın raketi uğursuz atması ilə əlaqələndirdiklərini bildiriblər.