Tunisli kişi qeybdən gələn səsin istəyi ilə cinsi orqanına iki mismar vurub.
Lent.az xarici mediaya istinadla bildirir ki, kişi hadisədən cəmi iki gün sonra ağrılardan şikayət edərək həkimə müraciət edib. Müayinə zamanı o, olmayan şəxsin göstərişi ilə cinsi orqanına iki mismar vurduğunu etiraf edib.
Həkimlər müayinə keçirib və altı santimetr uzunluğundakı mismarlardan birinin xəstənin prostat vəzini iki yerdən deşdiyini müəyyən ediblər.
Həkimlər zərərçəkmişə bütün tibbi yardımları göstəriblər. Xəstənin cinsi orqanı elə də zədələnməyib. Əvvəllər psixi xəstəlik əlaməti olmayan kişiyə şizofreniya diaqnozu qoyulub. Psixiatrların dediyinə görə, o, delirium vəziyyətində özünə zərər verib.
Həkimlərin sözlərinə görə, şizofreniya xəstəsi ilk dəfədir ki, cinsi orqanına əşya yeridir: “Şizofreniya xəstələri adətən ağız və ya düz bağırsağa bir cisim qoyurlar, lakin bildiyimiz kimi xayaya yad cismin daxil olması halları olmayıb”.