Cənubi Afrika Respublikasının şimalında qaz sızması nəticəsində 24 nəfər ölüb.
Lent.az-ın xəbərinə görə, bu barədə Qotenq Metropolitan Əyalətinin Fövqəladə Hallar Xidmətinin sözçüsü Uilyam Ntladi bildirib.
"Boksburq şəhəri yaxınlığındakı qeyri-qanuni yaşayış məntəqəsinin ərazisində tərkibində azot olan qaz sızması olub. Qazın verildiyi balonun yanında olanların hamısı ölüb” – məlumatda deyilir.
Ntladi qeyd edib ki, ilkin araşdırma azotun qeyri-qanuni hasilat üçün istifadə edildiyini göstərib.