Türkiyədə ər arvadının üzünə qaynayan yağ töküb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Kırıkkale şəhərində baş verib. Əvvəlcə A. Ş ilə arvadı 27 yaşlı Çilem. D arasında mübahisə olub. Mübahisə zamanı ər ocaqda qaynayan yağı arvadının üzünə töküb.
Müraciətlə əlaqədar təcili tibbi yardım və polis əməkdaşları hadisə yerinə gəliblər. Üzündə və qolunda ikinci dərəcəli yanıqlar olan qadın xəstəxanaya yerləşdirilib.
Kişi isə polislər tərəfindən saxlanılıb.