ABŞ-ın Frorida ştatında Yen qasırğası nəticəsində ölənlərin sayı 40 nəfəri keçib.
Lent.az-ın xəbərinə görə, bu barədə CNN kanalı məlumat yayıb.
Meteoroloqların məlumatına görə, 4-cü dərəcəli təhlükə kateqoriyasına aid qasırğanın sürəti 250 km/saata çatıb. Təbii fəlakət zonasında elektrik təchizatı kəsilib, rabitə xətləri sıradan çıxıb, aeroportlar işləmir. Tikililərə ciddi ziyan dəyib.
Cənubi Karolina ştatında əhaliyə evlərini tərk etməmək tapşırılıb.