Qasırğa bu ölkədə  200 ton tütünü  məhv etdi
01 oktyabr 2022 07:15 (UTC +04:00)

Qasırğa bu ölkədə 200 ton tütünü məhv etdi

Yen qasırğası Kubada 8 500 hektardan çox əkin sahəsini məhv edib.

Lent.az xəbər verir ki, bu barədə “Tribuna de La Habana” nəşri məlumat yayıb.
Təbii fəlakət nəticəsində 5 200 hektar banan, 1400 hektar kakao plantasiyası məhv olub. Bundan başqa qasırğa pomidor, düyü və qarğıdalı sahələrini də dağıdıb. Pinar del Rio əyalətində isə təbii fəlakət 200 ton qurudulmuş tütün yarpağını yararsız hala salıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494
avatar

Oxşar yazılar