ABŞ-ın Florida ştatında “İen” qasırğası 45 nəfərin ölümünə səbə olub.
Lent.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Li rayonunda 16, Şarlotta rayonunda 12, Kollier rayonunda 8 nəfər ölüb.
Təbii fəlakət ştatda dağıntılara səbəb olub.
Çox sayda yollara, körpülərə və binalara ciddi ziyan dəyib.
Florida qubernatoru Ron Desantis bildirib ki, bu ştat tarixində ən dağıdıcı qasırğa olub.