Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndəsinə qarşı 50 milyon rubl (təxminən 1 milyon 200 min manat ) dəyərində dələduzluq baş verib.
Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, azərbaycanlı, “Qiya Sverdlovski” ləqəbli qanuni oğru Georgi Akoyevlə əlaqəyə girərək, onda olan 6 kq qızılı satmaq niyyətində olduğunu bildirib.
Məlumata görə, “Sverdlovski”nin adamları ilə görüşən həmyerlimiz qızılı onlara təhvil versə də, əvəzində ümumiyyətlə pulsuz qalıb.
Yerli KİV-in yazdığına görə, azərbaycanlı indi polisə də şikayət edə bilmir. Əvəzində başqa “qanuni oğru”larla əlaqəyə girərək onlardan kömək istəyir.
Mövzuya qayıdacayıq.