İran hökuməti İran-Rusiya matçını izləmək üçün qadınların stadiona girməsibnə icazə verib.
Lent.az-ın Frans-Presə istinadla xəbərinə görə, belə bir icazə son 1 ildə ilk dəfə verilib.
Tehranın Azadi stadionunda keçirilən görüş 1-1 hesabı ilə başa çatıb. Asayişi təmin etmək üçün çox sayda qadın polis cəlb olunub.
 
                 
                             
     
                                                 
                                                 
                                                