Sosial mediada iranlı gənc xanımın polis avtomobilinin üstünə çıxaraq hökumət rəsmilərinə xitabən, əri azad edilməyəcəyi halda yerə düşməyəcəyini hayqırdığına dair video yayılıb.
Lent.az "Azad İran"a istinadən xəbər verir ki, videonun hansı şəhərdə çəkilməsi və qadının ərinin hansı ittihamla həbs edilməsi haqqında heç bir məlumat verilməyib.
Xatırladaq ki, son vaxtlarda İran vətəndaşlarının əsassız yerə, müxtəlif bəhanələrlə tutulması və saxta məhkəmələrlə zindana məhkum edilməsi halları xeyli artıb.