Fransanın Kot Damor departamentində maraqlı hadisə baş verib.
Lent.az-ın xəbərinə görə, doğuş sancısı tutan gənc qadın evdə heç kim olmadığından şəxsi avtomobili ilə xəstəxanaya getmək istəyib.
Lakin yolda ağrı şiddətləndiyi üçün maşını yanğınsöndürmə bölməsinə sürüb. yanğınsöndürənlər qadını avtomobillə xəstəxanaya çatdırmaq istəsələr də gec olub. 2 serjant doğuşu qəbul edib. Yeni doğulan qız və ana xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.
Maraqlıdır ki, qadın 2014-cü ildə ilk uşağını da yanğınsöndürən avtomobildə dünyaya gətirmişdi.