Putinin itinə sanksiya  TƏKLİFİ
28 fevral 2023 14:11 (UTC +04:00)

Putinin itinə sanksiya TƏKLİFİ

Avropa İttifaqı çarəsizlikdən Rusiya prezidenti Vladimir Putinin itinə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının artıq Rusiyada sanksiyalar tətbiq edə biləcəyi sahələr qalmayıb.

Avropa Parlamentinin (AP) Fransadan olan üzvü Thierry Mariani belə hesab edir.

O, zarafatla Rusiya prezidenti Vladimir Putinin ev heyvanına qarşı sanksiyalar tətbiq etməyin vaxtının çatdığına işarə edib.

“Hətta sanksiyaya məruz qalan insanlara baxsanız belə: 80 yaşdan yuxarı alimin Avropaya girişini qadağan edirlər. Növbəti kimdir? Mən təklif edirəm ki, növbəti Avropa sanksiyaları Vladimir Putinin itinə qarşı tətbiq edilsin”, – deputat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1881
avatar

Fidan İlqar

Oxşar yazılar