Rusiyalı onkoloq “Telegram”dakı şərhlərinə görə "terrorçu" kimi tanınıb.
Sankt-Peterburqda işləyən rusiyalı onkoloq Yeqor Voşinin "terrorizmə təhrik etməkdə" günahkar bilinib. Telegram şərhlərində o, xüsusilə prezident Vladimir Putinə istinad edərək Rusiyanın siyasi rəhbərliyinin üzvlərinin asılmasına çağırıb.
Lent.az-ın “The Moscow Times”ə istinadla xəbərinə görə, rusiyalıya qarşı açılan cinayət işi materiallarında qeyd edilir ki, 2023-cü ilin oktyabrında və 2024-cü ilin dekabrında 51 yaşlı Voşin “Telegram”da ekspert qiymətləndirməsinə görə "Rusiya siyasi xadimlərini asmaqla ölüm hökmünün icrasına təhrik edən linqvistik və psixoloji əlamətlərin kombinasiyasını ehtiva edən" şərhlər yazıb.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs, xüsusən də prezident Vladimir Putin və Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin edam edilməsinə çağırış edib.
Voşinin 2025-ci ilin iyul ayında Rusiya Milli Qvardiyasının Xüsusi sürətli reaksiya bölməsinin (SOBR) üzvləri ilə birlikdə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları saxlayıb, bundan sonra Sankt-Peterburqun Vıborq Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Birinci Qərb dairə hərbi məhkəməsi həmin şəxsi 5,5 il müddətinə azadlıqdan məhrum edib. Ümumi rejimli həbsxanaya göndərilən Voşinə həmçinin iki il müddətinə internetdə paylaşım etmək qadağan edilib.