Rusiyanın Sankt-Peterburq məhkəməsi 60 yaşlı təqaüdçü qadın İrina Tsybanevanı iki il müddətinə şərti olaraq azadlıqdan məhrum edib.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun prezident Vladimir Putinin valideynlərinin qəbri üstünə məktub qoyması olub.
O, Rusiya prezidentinin valideynlərinin basdırıldığı Serafimov qəbiristanlığına gələrək məktubda bu sözləri yazıb:
“Oğlunuzu yanınıza aparın. Bütün dünya onun yoxluğunu istəyir. Siz qatil yetişdirmisiniz”.