Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə görüşüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, görüş zamanı Putin Cinpini “əziz dost” adlandırıb.
Rusiya prezidenti həmçinin Çin atalar sözünü xatırladıb: “Bir gün görüşməyəndə elə bil üç payız keçir”. Putin Si Cinpini salamlayaraq onu “əziz dost” adlandırıb və onu gördüyünə çox şad olduğunu bildirib. Rusiya lideri həmçinin “biz daim əlaqədəyik — həm şəxsən, həm də köməkçilər vasitəsilə” bildirib.
Putin ötən il Çinə etdiyi səfəri də isti münasibətlə xatırlayıb. Həmin vaxt iki ölkənin liderləri İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak ediblər.