Rusiyanın prezidenti Vladimir Putin Beynəlxalq Kitab Yarmarkasına getməyəcək və Rafael Hüseynovun kitab təqdimatında iştirak etməyəcək.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə V. Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, deyib ki, prezident Rafael Hüseynovun "Putinin yolu: XX əsrin ən populyar siyasətçisi haqqında" kitabı onun haqqında yazılan ilk belə kitab deyil.
Bundan başqa, "Putin, ümumiyyətlə, onun haqqında yazılan kitabları oxumur", - D. Peskov vurğulayıb.
Rafail Hüseynov 1949-cu ildə Bakıda anadan olub və Moskvada ali təhsil alıb. "Komsomolskaya pravda" və "Trud" qəzetlərində məsul vəzifələrdə işləyib.