Putin qəti şəkildə atəşkəsə hazırlaşmır - Kəşfiyyat məlumatı
11 avqust 2025 21:59 (UTC +04:00)

Putin qəti şəkildə atəşkəsə hazırlaşmır - Kəşfiyyat məlumatı

“Rusiya prezidenti Vladimir Putin qəti şəkildə atəşkəsə hazırlaşmır.”

Lent.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumata görə Rusiya yeni hücum əməliyyatları üçün qoşunlarının yerləşdirir.

“O, qətiyyən atəşkəs və müharibənin sonlandırılmasına hazırlaşmır. Putin ancaq ABŞ ilə görüşü özünün şəxsi qələbəsi kimi təqdim etmək və əvvəlki kimi hərəkətlərini davam etdirmək, Ukraynaya əvvəlki kimi təzyiq göstərmək fikrindədir.”, - Zelenski deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284

Oxşar yazılar