Türkiyənin Afyonkarahisar şəhərində qəribə olay yaşanıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, şəhər sakini olan 72 yaşlı qadın yatdığı yerdə\ qəfil nəfəs almaqda çətinlik çəkib. Xəstəxanaya aparılan qadın həyatının şokunu yaşayıb.
Müayinə zamanı onun boğazında taxma diş tapılıb. Məlum olub ki, yaşlı qadın yatdığı zaman protez dişini udub. Təxminən 1 saatlıq əməliyyatdan sonra metaldan hazırlanan protez diş onun boğazından çıxarılıb.