"Vaqner" özəl hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin Rusiya ordusunun Baxmutdakı uğursuzluğunu müdafiə nazirinin üzərinə yıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rusiya ordusu Baxmutu mühasirəyə alanda Ukrayna əsgərlərinin şəhəri tərk edəcəyini düşünüldüyünü bildirib.
Amma gözlənilənlərin əksi baş verib. Ukraynalılar yaxşı müdafiə olunub və cinahlardan əks-hücuma keçiblər.
Priqojin Baxmutdakı vəziyyətə görə, müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu ittiham edib.