Portuqaliyanın Lissabon və Portu şəhərlərində həftə sonu üçün 150 reys ləğv edilib.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, buna səbəb aeroport işçilərinin tətil elan etməsidir. Aksiya ölkənin digər hava limanlarının da işinə mənfi təsir göstərib. Etirazçılar məvaciblərinin dərhal artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.