Porno aktrisanı soyub şantaj etdilər
27 sentyabr 2024 17:36 (UTC +04:00)

Porno aktrisanı soyub şantaj etdilər

İngiltərədə növbəti seks turu zamanı 137 kişi ilə yatmış qalmaqallı avstraliyalı porno model Bonni Blunun telefonunu oğurlayıb, onu şantaj etməyə çalışıblar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 25 yaşlı model bildirib ki, Nottinqemdə onunla açıq-saçıq videolarda rol almağa gələn pərəstişkarları ilə görüşünə oğru da girib. O, Blunun telefonunu oğurlayıb və sonra onu bütün videolarını yaymaqla hədələyib.

Oğru fidyə tələb etsə də, avstraliyalı qadın ödəməyib və dərhal oğurlanmış cihazdakı bütün məlumatları uzaqdan silib. Onun sözlərinə görə, oğru kilidi aça bilməyib.

Model bildirib ki, pərəstişkarları ilə görüş onu zənginləşdirib. O qeyd edib ki, hadisə nisbətən yaxşı başa çatdığından o qədər də əhəmiyyət vermir. "Mən özümə daha çox qəzəblənirəm, çünki bütün insanların yaxşı olmadığını unutmuşam" deyə model bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 51279
avatar

Oxşar yazılar