Moskva vilayətində otelin işçisi binadan yıxılıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə gecə saatlarında baş verib. Lyubertsı şəhərində daimi yaşayan Tacikistandan olan 21 yaşlı miqrant işçi hüquq-mühafizə orqanlarının əməkdaşlarının gecə səfərinə qeyri-adekvat reaksiya verib.
Qapının deşiyindən polisin onun yanına gəldiyini görən kişi pəncərədən çıxaraq, mənzildən qaçmağa çalışıb.
Lakin müqavimət göstərə bilmədiyi üçün 4-cü mərtəbədən yıxılıb və xəstəxanaya yerləşdirilib.