Belçikanın Flandriya departamentində polis zabiti sürücülərdən yığılan cərimələri mənimsəməkdə şübhəli bilinir.
Lent.az-ın 7sur7.be saytına istinadla xəbərinə görə, prokurorluq faktla bağlı araşdırma aparır.
Bildirilir ki, mənimsənilən vəsaitin məbləği 30 min avrodan çoxdur. Polis zabitinin vəzifəsi normadan artıq yüklənmiş avtomobillərə cərimə tətbiq etmək olub. Xarici sürücülər əksər hallarda cəriməni nağd ödəyib. Mənimsənildiyi iddia edilən vəsait də məhz əcnəbi sürücülərin ödədikləri cərimələrdir.