ABŞ-ın Kaliforniya ştatında polis ərlə arvadı güllələyib.
Lent.az-ın “The New York Times”a istinadla xəbərinə görə, gecə saatlarında Dublin şəhərinin polis idarəsinə evdən atəş səsi eşidilməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polislər orta yaşlı ərlə arvadın cəsədlərini və 6 giliz aşkar ediblər. Hər 2 şəxs boynundan güllələnmişdi.
Cinayəti törədən şəxs 4 saat sonra polisə könüllü təslim olub. Bu, cinayət axtarış polisində müavin vəzifəsində işləyən 24 yaşlı əməkdaş idi. Lakin onun qətldə istifadə etdiyi tabel silahı hələ tapılmayıb. Həbs edilən polisə qarşı 2 nəfəri öldürmə ittihamı irəli sürülüb.
ABŞ mediasının məlumatına görə, polisin öldürülən qadınla sevgi münasibətləri olub.