Yunanıstanın Saloniki şəhərində polisin qaraçı millətindən olan gənci yaralaması iğtişaşa səbəb olub.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, polis yanacaqdoldurma məntəqəsinə ödəniş etməyən 16 yaşlı gənci təqib edərək atəş açıb. Hadisə nəticəsində yaralanan oğlan xəstəxanaya çatdırılıb.
Hadisə qaraçı icması arasında ciddi narazılıq yaradıb. Onlar gecə saatlarında Saloniki küçələrində təkərlərə və tullantı qablarına od vurublar. İğtişaş zamanı mağazaların vitrinləri sındırılıb.
Təhlküəsilik qüvvələri Molotov kokteylindən istifadə edən kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları tətbiq edib.