Polis iPhone almaq üçün oğlunu satan valideynləri saxlayıb
29 iyul 2023 02:55 (UTC +04:00)

Polis iPhone almaq üçün oğlunu satan valideynləri saxlayıb

Hindistan polisi səkkiz aylıq oğlunu satmaqda ittiham olunan qadını həbs edib. 
O, əri ilə birgə iPhone 14 almaq üçün belə bir addım atıb.

 Lent.az xəbər verir ki, təqsirləndirilən şəxslər yoxsulluq içində yaşayırdılar və sosial media ilə maraqlanırdılar. Bir gün onların qonşuları cütlüyün oğlunun yoxa çıxdığını görüblər və bu, şübhə ailədə iPhone smartfonunun peyda olması ilə üst-üstə düşüb.

Qonşuların şikayəti əsasında polis qadını dindirib. O, əməlini telefon alaraq İnstaqram səhifəsi yaratmaq üçün etdiyini etiraf edib. Sonradan məlum olub ki, cütlük yeddi yaşlı qızını da satmağı planlaşdırıb.

Polis ərlə arvadı həbs edib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar