Polis canlı yayıma  basqın edib qonağı apardı
19 yanvar 2024 16:30 (UTC +04:00)

Polis canlı yayıma basqın edib qonağı apardı

Nigeriyada polis “ABN” telekanalının studiyasına soxularaq verilişin canlı efirində qonağı həbs edib.

Lent.az xəbər verir ki, bu barədə Qərbi Afrika ölkəsindən xəbərləri işıqlandıran “Sahara Reporters” məlumat yayıb.

Hadisə “Gənclərin görüşü” proqramı zamanı baş verib. Kanalın rəhbəri İfeanyi Okalinin sözlərinə görə, studiyaya gələn polis verilişin qonağının böyük qardaşı Donald Udensinin onun əleyhinə ifadə yazdığını bildirib.

“Əməkdaşlarımızın efirin dayandırılmasına icazə verilməsi və sonra qonağı həbs etməsi ilə bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq, yayım zamanı onu aparmağa israr etdilər”, - Okalı bildirib. O, hüquq-mühafizə orqanlarının hərəkətini təxribat adlandırıb. Bundan başqa, onun sözlərinə görə, polis telekanalın əmlakına ziyan vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 52542
avatar

Oxşar yazılar