Polis bölmənin tualetinə  kamera qoyub qadınları gizli  çəkdi
26 sentyabr 2025 10:49 (UTC +04:00)

Polis bölmənin tualetinə kamera qoyub qadınları gizli çəkdi

0

Yaponiyada Şizuoka prefekturasının polis əməkdaşı qadın tualetinə gizli kamera quraşdırmaqda ittiham olunaraq saxlanılıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Kakeqava şəhərindən olan 45 yaşlı Tetsudzo Sudzuki həbs olunub. Məlumata əsasən, o, çalışdığı polis bölməsinin ikinci mərtəbəsinin tualetində kiçik kamera quraşdırıb.

İstintaq müəyyən edib ki, kamera Sudzuki tərəfindən aprelin sonunda qoyulub. İttiham tərəfinin məlumatına görə, cihazın quraşdırıldığı vaxtdan iyunun əvvəllərində aşkarlanmasına qədər o, dəfələrlə qadınları qanunsuz olaraq çəkib.

Güman olunur ki, onun hərəkətlərinin qurbanı üç həmkarı və bölməyə gələn bir neçə vətəndaş olub. Saxlanılan polis əməkdaşı ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar