Alp dağlarında və Arktikada 15 dərəcə temperaturda plastikləri yeyib, həzm edən mikroblar tapılıb.
Lent.az-ın “Frontiers in Microbiology” jurnalına istinadən məlumatına görə, bu günə qədər plastik materialları yeyə bilən mikroblar tapılmışdı, lakin onların bu xüsusiyyəti 30 dərəcə temperaturda fəallaşırdı.
İndi kəşf edilən mikroblar isə cəmi 15 dərəcə temperaturda plastik tullantıları yox edə bilirlər. Bu tapıntı Yer üzünün daha az məsrəflə plastik tullantılardan təmizlənməsinə imkan verəcək.