Pentaqon: "Rusiya Mariupolu tam ələ keçirməyib"
29 aprel 2022 15:28 (UTC +04:00)

Pentaqon: "Rusiya Mariupolu tam ələ keçirməyib"

Rusiya öz qoşunlarını Mariupoldan çıxarıb və Zaporojye istiqamətinə göndərib.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Pentaqon məlumat yayıb. Açıqlamaya görə, bu o deməkdir ki, Rusiya Mariupolu tam ələ keçirməyib. Bununla belə adı çəkilən şəhər intensiv raket hücumuna məruz qalır.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya müdafiə naziri Sergey Şoyqu Mariupolun tam ələ keçirilməsi barədə prezident Vlodimir Putinə məruzə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2145
avatar

Oxşar yazılar