“PayPal”ın qurucusu rəsmən milyarder elan edildi
15 yanvar 2021 03:18 (UTC +04:00)

“PayPal”ın qurucusu rəsmən milyarder elan edildi

Dünyada milyarderlər siyahısına rəsmi olaraq yeni sima əlavə edilib. 

APA “Forbes”ə istinadən xəbər verir ki, bu şəxs “PayPal”ın qurucusu, onlayn alqı-satqı şirkəti olan “Affirm”ın 11 faiz səhmlərinə sahib Maks Levçindir. 

Nəşr 45 yaşlı ukraynalının sərvətini 2,7 milyard dollar olaraq qiymətləndirib. 

Qeyd edək ki, “Affirm”ın səhmləri dünən “Nasdaq” birjasında 2,5 dəfə bahalaşıb. Beləliklə şirkətin kapitalı 23,6 milyard dollara çatıb. 

# 1662
avatar

Oxşar yazılar